"Norm" ASC, İstehsalat və keyfiyyət üzrə baş texnoloq vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
İş yeri: Qarabağ
Tələblər:
- Tikinti Materialları sahəsində Ali Bakalavr (və ya Magistr) Təhsili
- Cəmi 5 ildən artıq iş təcrübəsi, əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi olmalı
- Hazır beton qarışığı istehsalı, əlaqədar avadanlıqların idarə edilməsi ilə bağlı texniki biliklərin olması
- İngilis dilini orta səviyyədə bilmək
- MS Office proqramlarında işləmək
Əsas vəzifə və öhdəliklər:
- Satış, tələb proqnozlarına, resursların mövcudluğuna və keyfiyyət tələblərinə əsaslanaraq istehsal planlarını və cədvəllərini hazırlamaq.
- İstehsal fəaliyyətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək və təmin etmək.
- Proseslərin optimallaşdırılması, səmərəliliyin artırılması və xərclərin azaldılması imkanlarını müəyyən etmək üçün istehsal proseslərini, iş axınını və avadanlıq performansını təhlil etmək.
- İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət etmək
- Məhsulun standartlar daxilində istehsal edilməsinə nəzarət edilməsi
- Departamentin fəaliyyəti ilə əlaqəli iş təlimatlarının hazırlanması
- İstehsal fəaliyyətinin davamlı monitorinqi və təhlili, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
- Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək və təhlükəsiz iş mühitini təşviq etmək.
- Risklərin qiymətləndirilməsi, təhlükənin müəyyən edilməsi və müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi
- İstehsal həcmləri, keyfiyyət göstəriciləri, prosesin səmərəliliyi göstəriciləri və istehsal hesabatlarının hazırlanması.
- Test üsullarının müvafiq standartlara uyğunluğunu yoxlamaq
- Aparılan yoxlamaların və sınaqların dəqiq nəticələrinin saxlanılması
- Təchizatçılardan alınan məhsulların sınaqdan keçirilməsi və təchizatçıların fəaliyyətinin qeydlərinin aparılması
- Uyğunsuzluqları və səhvləri müəyyən etmək və səbəbləri araşdırmaq
- Keyfiyyətə nəzarət sistemlərinin qurulması və idarə edilməsi
- Xammal və hazır məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verdiyinə əmin olmaq üçün sınaqdan keçirilməsi və təhlil edilməsi
- Məhsulun keyfiyyətini təmin etmək üçün sınaq və təhlil protokollarının işlənib hazırlanmasında iştirak etmək
- Keyfiyyətdən sapmaların səbəblərini müəyyənləşdirilməsi və düzəldici tədbirlər təklif edilməsi
- Məhsulun izlənməsini və uyğunsuzluq hallarının idarə olunmasını təmin etmək
- Keyfiyyətə nəzarət üçün lazım olan avadanlıqlara qulluq edilməsi
- Keyfiyyətə nəzarət avadanlıqlarının kalibrlənməsini təmin etmək
- Avadanlıqlara texniki qulluq işlərinin yerinə yetirilməsinə dəstək vermək
- İstehsalın bütün mərhələlərində yoxlamaların aparılması
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
- Müştərilərə məhsulların və həll yollarının təqdim edilməsi
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
- Müştəri şikayətlərinə həll yollarının verilməsini təmin etmək
- Keyfiyyət, kommersiya, satınalma və s. məsələlərlə bağlı NORM Rəhbərliyinə hesabat vermək.
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Zemfira Ms
Fins.az