"Norm" ASC, Sement və beton satışı hesabatları üzrə məmur vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Tələblər:
- İqtisadiyyat, Maliyyə ixtisasından ali bakalavr təhsili
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
- Sement/beton istehsalı barəsində bilikləri
- Müştəri əlaqələrinin idarəedilməsi
- Əsas maliyyə göstəriciləri haqda biliklər
- Orta səviyyədə İngilis və Rus dili biliyi;
- MS Office və SAP komputer proqramı üzrə bacarıqlar.
Əsas vəzifə və öhdəliklər:
- Müştəri məlumat bazasının yaradılması və yenilənməsinə nəzarət
- Distributorlar tərəfindən göndərilən sifarişlərin yaradılması, regionlar üzrə yeni dilerlərin sistemdə yaradılması, şəhər ərazisində yerləşən dilerlərin yoxlanılması üçün aidiyyatı işçiyə məlumat verilməsi və yoxlanışdan sonra dilerin sistemə əlavə olunması
- Hər ayın sonunda müştərilərə ay ərzində çatdırılan sifarişlərin hesabatının göndərilməsi
- Distributorlarla əlaqə yaradılması və rəhbərlik tərəfindən verilən tapşırıqlar barədə onların məlumatlandırılması, yaranan problemlərin həllində dəstək
- Satışın imzalanmş müqavilələrinın nəzarəti və qeydiyyatı
- Müştərilərin və Rəhbərliyin müraciətləri əsasında hər məhsul üzrə qiymət təkliflərinin hazırlanlanması və müştərilərə göndərilməsi
- Müştərilərə müraciət formasının göndərilməsi, müqavilənin hazırlanması üçün lazımı sənədlər siyahısının müştəriyə göndərilməsi və yaranan sualların cavablandırılması
- E-commerce sistemi ilə işlənilməsi, ehtiyac olduğu təqdirdə distributorlar üçün sistemdə sifarişlərin yaradılması
- Müştərinin sorğusu əsasında PO sənədinin hazırlanması, müştərinin sifarişinin SAP sistemində yaradılması
- Müştərilərin sorğularına əsasən yaradılan sifarişlərdə dəyişikliklərin olunması
- Zəruri hallarda SAP çərçivəsində küllü miqdarda yeni ünvanların yaradılması
- İri müştərilərin sifarişlərinin vaxtında çatdırılması və müvafiq sənədlərinin vaxtında çatdırılmasında nəzarət
- Birbaşa müştərilərdən paletlərin geri gaytarılmasına nəzərət , gaytarılmayan paletlərin siyasını hazırlamaq və yiğılmaqlarina dair lazımı olan işlərin görülməsi
- Monitorinq sisteminə nəzarət
- Beton müştərilərinin SAP-da yaradılması, aylıq.rüblük hesabatların hazırlaması, satış müqavilələrinin hazırlaması və nəzarəti
- Birbaşa qalaq və kisə müştərilərinin gündəlik satış həcminin monitorinqi və bir-başa xətt rəhbərinə vaxtında məlumatın verilməsi
- Baş Kommersiya Direktorunun sənədlərinin hazırlanması və gündəlik carı işlərinin dəstəyi
- Şirkətin qısa nömrəsinə cavab verilməsi
- Satış şöbəsinin tədbirlərin təşkilinə dəstək
- Aylıq qalaq sifarişlərin hesabatının göndərilməsi + kisə
- Satış və Daşıma SAP sisteminə işlənməsi və kompüterdə kataloqun yaradılması
- Müqavilələrin və Satış Sifarişlərinin SAP çərçivəsində tərtib edilməsi
- Marketinq bölməsinə tam dəstək ( müştərilərin ad günü bazasının hazırlanması/yenilənməsi, bayram günlərində hədiyyə təqdim olunacaq müştərilərin siyahısının hazırlanması və hədiyyələrin paylanmasına nəzarət)
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Zemfira Ms
Fins.az