VAKANSİYA

23 Oktyabr

Klirinq və hesablaşmalar şöbəsi üzrə mütəxəssis - VAKANSİYA

"Xalq Bank" ASC, Nağdsız Ödənişlər və Hesablaşmalar İdarəsinin Klirinq və hesablaşmalar şöbəsi üzrə mütəxəssis vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:        

  • Yeni ödəniş sistemlərinin tətbiqi prosesində biznes tələblərin təhlil edilməsi; texniki tapşırıqların hazırlanması;
  • Mövcud ödəniş sistemlərində ( SWIFT, AZİPS, XOHKS, AÖS, HOP, VISA B2B) yeni funksionallıqların yaradılması üzrə tələblərin təhlil edilməsi, texniki tapşırıqların hazırlanması;
  • Ödəniş sistemlərinin tətbiqi üzrə bankdaxili prosesin müəyyən olunması;
  • Biznes, Hesablaşmalar, İT əməkdaşları və Vendorlarla komanda şəklində işlənilməsi;
  • Test ssenarilərinin hazırlanmasında və testlərin keçirilməsində iştirak;
  • İstifadəyə təhvil verilmiş ödəniş sistemi və ayrı-ayrı funksionallıqların real mühitdə işləməsinin monitorinq edilməsi.

Tələblər:

  • Ali magistr təhsili;
  • Ödəniş sistemləri və hesablaşmalar sahəsində minimum 3 (üç) il iş təcrübəsi
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Bank sistemləri üzrə biliklər (Flexcube, TranzAxiz arzuolunandır) ;
  • Ödəniş sistemləri üzrə biliklər ( SWIFT, AZİPS, XOHKS, AÖS, HOP, VISA B2B arzuolaunandır) ;
  • Ofis proqramlarından MS Office, xüsusilə MS Excel istifadə bacarığı;
  • Analitik düşünmə bacarığı ; 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmə bacarığı;
  • Azərbaycan dili - mükəmməl, İngilis və rus dillərini bilənlərə üstünlük verilir.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az