VAKANSİYA

16 Oktyabr

Xidmət strukturları ilə iş şöbəsinin meneceri - VAKANSİYA

“Kapital Bank” ASC, Xidmət strukturları ilə iş şöbəsinin meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Öhdəliklər:

  • Müştəri məmnuniyyətini artırmaq üçün strategiyaların inkişaf etdirilməsi;
  • Xidmət keyfiyyəti standartlarının hazırlanması və tətbiq edilməsi;
  • İşçilərin təlimi və inkişafı proqramlarının təşkil edilməsi;
  • Layihə və ya iş tapşırıqlarının koordinasiya edilməsi;
  • Ön ofis əməkdaşlarına məlumatların mərkəzdən ötürülməsinə nəzarət edilməsi;
  • Şöbənin işinə aidiyyatı olan təlimatların yazılmasında birbaşa iştirak edilməsi;
  • İşçi seçimində iştirak edilməsi;
  • Könüllülərin iş fəaliyyətinin koordinasiyası və fəaliyyətə nəzarət edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Analitik düşüncə;
  • Problem həll etmə bacarığı;
  • Effektiv yazılı və şifahi ünsiyyət qabiliyyəti;
  • Müştəri yönümlülük;
  • İdarəetmə qabiliyyəti;
  • Azərbaycan dili biliyi mütləqdir, ingilis və ya rus dili biliyi üstünlükdür;
  • Bank qanunvericiliyi bilikləri

İşə qəbul prosesi:

  • CV yoxlanışı
  • Müsahibə
  • Liderlik testi
  • Yekun müsahibə

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az