"Azercell Telekom" MMC, Kibertəhlükəsizlik Şöbəsi / Təhlükəsizlik Arxitekturası Bölümü / Kibertəhlükəsizlik üzrə aparıcı mühəndisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Şirkətin sistemlərinin və məlumatlarının qorunmasını təmin etmək üçün mövcud təhlükəsizlik texnologiyalarını, alətlərini və tədbirlərini nəzərdən keçirmək və təkmilləşdirmələri tövsiyə etmək.
- Kiberhücumlardan, icazəsiz girişdən və digər təhlükəsizlik təhdidlərindən qorunmaq üçün vasitə və həllərin dizayn edilməsi.
- Müxtəlif layihələr üçün davamlı təhlükəsizlik arxitekturasının nəzərdən keçirilməsi və dizayn edilməsi.
- Potensial zəiflikləri və riskləri müəyyən etmək üçün təhlükəsizlik qiymətləndirmələri və auditlərin aparılması.
- Təşkilatın təhlükəsizlik tədbirlərinin effektiv qalmasını təmin etmək üçün kiber-sahədəki tendensiyalardan , ən yaxşı təcrübələrdən (Best Practice) və yeni təhdidlərdən xəbərdar olmaq.
- Təhlükəsizlik sistemləri və alətlərinin test edilməsi (PoC), layihələndirilməsi, qurulması və təhvil verilməsi.
- WAF-da qabaqcıl qoruma siyasətlərinin tətbiqinin, sazlamaların şirkətin təhlükəsizlik arxitekturası və risklərin idarə edilməsi strategiyasına uyğunlaşdırılmasının həyata keçirilməsi.
- Davamlı olaraq WAF-da biznesin tələblərinə uyğun olaraq təhdidlərin qarşısının alınması və false positive/negative – lərin azaldılması istiqamətində tədbirlərin görülməsi.
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
- Təhsil: Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir
- İş Təcrübəsi:
- Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsi üzrə minimum 3 il;
- Sistem (Windows, Linux) və ya Şəbəkə inzibatçılığı;
- WAF-da application security sahəsində iş təcrübəsi;
- Kibertəhlükəsizlik sahəsində istifadə olunan “best practice”-lər, təhlükəsizlik texnologiyaları və NIST, ISO, GDPR, PCI-DSS kimi uyğunluq təlimatları barədə məlumatlı olmaq
- Risklərin idarəedilməsi prinsipləri haqqında biliklər.
- Mürəkkəb təhlükəsizlik problemlərini analiz edə bilərək effektiv həllər təqdim etmək bacarığı
- Cloud və Virtualizasiya texnologiyaları ilə təcrübə
- Layihə idarəetmə bacarıqları
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
- Qərarvermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığı;
- Peşəkar Sertifikatlara üstünlük verilir (CCNA, RHCSA, CySA+, CASP, CİSSP, CİSM və s.).
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az