"Bank of Baku" şirkəti, Kassa bölməsinin kiçik eksperti vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanması üzrə əməliyyatları həyata keçirir;
- Mədaxil və məxaric sənədlərinin yoxlanılmasını həyata keçirir;
- Kassa kitabının, mədaxil və məxaric üzrə kassa jurnalının aparılmasını həyata keçirir;
- Əməliyyatları Bankın əməliyyat proqramında əks etdirir;
- Bankomatların və ödəniş terminallarının inkassasiyasını həyata keçirir.
Tələblər:
- Məsuliyyət;
- Nizam intizam;
- Detallara diqqət;
- Dürüstlük;
- Etik davranış.
Dil biliyi:
- Azərbaycan - Yüksək
- Rus - Orta
- İngilis - Başlanğıc
Kompüter biliyi:
- MS office - Orta
Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Zemfira Ms
Fins.az