"PASHA Capital" QSC, İnsan Resursları şöbəsinin Əmək haqqı üzrə mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyin tələblərinə uyğun işçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarəti;
- Məzuniyyət qrafikinin tərtib edilməsi, məzuniyyət əmrlərinin yazılmasının və qeydiyyatının aparılması;
- İşçilərin aylıq davamiyyətinin izlənilməsi və hesabatların hazırlanması;
- İşçilərin şəxsi işlərinin hazırlanması və düzgün aparılması;
- Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi;
- EMAS portalında və İSB-də əməliyyatların icra edilməsi;
- İşçilərin əmək haqqlarının hesablanması və ödənilməsi;
- Məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
- Əmək haqqına dair müvafiq hesabatların tərtib edilməsi;
- Əmək haqqına dair müvafiq sorğuların həll edilməsi;
- İşdən azad olunan əməkdaşların son haqq-hesabların aparılması;
- Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması;
- İR hesabatlar bazasının düzgün aparılması.
Tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsi üzrə);
- Tələb olunan iş təcrübəsi: Əmək haqqı hesablanması və kadr kargüzarlığı üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
- Xarici dillər: Azərbaycan dili səlis, rus və ingilis dili orta səviyyədə;
- Kompüter bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarında sərbəst istifadə bacarığı;
- Məhsul üzrə biliklər: AR Əmək Qanunvericiliyi, Əmək Məcəlləsi, Vergi və əmək haqqı qanunları üzrə yüksək biliklər; Kadr kargüzarlığı haqqında biliyə malik olmalı; EMAS portalında, İSB sistemində sərbəst işləmək bacarıqları;
- Başqa tələblər: Minimum nəzarətlə effektiv işləmə bacarığı.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az