"Xalq Bank" ASC, Bank fəaliyyətinə dəstək idarəsinin Metodologiya şöbəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Daxili normativ aktların bazasını təhlil etmək, hazırlanmasına, aktuallaşdırılmasına ehtiyac olan normativ aktlar barədə təkliflər hazırlamaq;
- Daxili normativ aktların kataloqunu hazırlamaq və zərurət olduğu halda yeniləmək;
- Daxili normativ aktlarda istifadə olunan terminlər üzrə biznes lüğət hazırlamaq;
- Bankın biznes proseslərini və struktur bölmələrin, Bankın əməkdaşlarının işini əhatə edən daxili normativ aktlar hazırlamaq;
- Bankın məhsul və xidmətləri üzrə tələb olunan daxili normativ aktları hazırlamaq və ya dəyişiklik etmək;
- Bankın struktur bölmələrinin və idarəetmə orqanlarının əsasnamələrini hazırlamaq və Bankın strukturda baş vermiş dəyişikliyi müvafiq daxili normativ aktlarda əks etdirmək;
- Daxili normativ aktlara olan ehtiyacın müəyyən olunması, o cümlədən normative aktların hazırlanması/yenilənməsi məqsədilə Bankın struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
- Bankda keçirilən layihələrə metodoloji dəstək göstərmək.
Tələblər:
- Ali magistr təhsili (iqtisadi və ya hüquqi təhsil);
- Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına dair biliklər;
- Bank işi sahəsi üzrə biliklər;
- Bank işi sahəsində minimum 1 illik təcrübə;
- Azərbaycan dilinin orfoqrafiyasını və qrammatikasını mükəmməl səviyyədə bilmək;
- Analitik və kreativ düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”, “Visio, Excel, DraW IO”);
- Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az