"ExpressBank" ASC, İnformasiya Təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis (GRC) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtibedilməsi;
- Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması;
- Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması;
- İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatlar;
- Mövcud siyasət prosedur ve standartların tətbiq edilməsinə nəzarət;
- İnformasiya təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- Bank üzrə İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi təşkili və inkişaf etdirmək;
- İnformasiya Təhlükəsizliyi üzrə requlyator tələblərinin və beynəlxalq təcrübələrin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək;
- İT və informasiya təhlükəsizliyi sahəsində olan uyğunsuzluqları müəyyən etmək məqsədilə yoxlamaların həyata keçirilməsini təmin etmək;
- Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflər vermək;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulmasını təmin etmək;
- Audit zamanı koordinasiyalı işin təşkili.
Tələblər:
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
- İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 2 il iş təcrübəsi;
- İngilis dili upper-intermediate səviyyəsində;
- İT sistem və şəbəkə üzrə anlayış;
- ISO 27001, NIST, COBIT, ITIL və s kimi standardlar haqqında praktiki biliklərin olması;
- CISSP, CISA, CISM, ISO 27001, CRISC kimi sertifikatları olanlara üstünlük verilir;
- Nəzarət etmək, qərar vermək, nəticəyə yönəlmək bacarıqları;
- Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az