"Xalq Bank" ASC, Risklərin İdarə edilməsi İdarəsinin Kredit riski şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
- Bankın məhsul və xidmətlərinin təhlili;
- Risklərin müəyyən olunması və idarə olunması üzrə təkliflərin verilməsi.
Tələblər:
- İqtisadiyyat, maliyyə və riyaziyyat üzrə ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilə bilər);
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excell-dən istifadə bacarığı;
- Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
- Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
- Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az