"Xalq Bank" ASC, Əməliyyatlara Nəzarət İdarəsinin Filialdaxili proseslərə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Kurasiyasında olan filial/şöbələrin fəaliyyətinə ümumi şəkildə nəzarət edilməsi;
- Şöbənin işi ilə əlaqədar daxili qeydiyyat cədvəllərinin doldurulması və müvafiq dəyişikliklərin edilməsi;
- Filial/şöbələrin fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən tələb olunan məlumatların təqdim edilməsi;
- Filial/şöbələrin fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması;
- Şöbə tərəfindən tərtib edilən hesabatlar üçün tələb olunan məlumatların/hesabatların kurasiyasında olan filial/şöbələrdən toplanılması;
- Kurasiyasında olan filial/şöbələrdən daxil olan sualların şöbənin səlahiyyətləri çərçivəsində olduqda cavablandırılması, əks halda müvafiq struktur bölmələrə yönləndirilməsi;
- Rəhbərliyin filial/şöbələrin rəhbərləri ilə görüşlərinin təşkil edilməsi, görüşlərin nəticələrinin hesabat formasında rəhbərliyə təqdim edilməsi;
- İdarə rəisinin və şöbə rəisinin ona həvalə etmiş olduğu digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
- İqtisadiyyat, maliyyə və hüquq sahəsi üzrə ali magistr təhsili;
- Analoji sahədə 2 il iş təcrübəsi;
- Hərbi xidməti bitirməsini və ya möhlət hüququnun olmasını təsdiq sənəd (oğlanlar üçün);
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
- Dil bilikləri: ingilis və rus dili orta səviyyədə.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az