VAKANSİYA

03 Oktyabr

Menecer - VAKANSİYA

"Kapital Bank", Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Proqram təminatının implementasiyasının təmin edilməsi;
  • Mövcud proseslərin analiz edilməsi və optimallaşdırılması ilə bağlı zəruri işlərin görülməsi;
  • Şöbəyə daxil olan sorğuların analiz edilməsi və bundan irəli gələn digital həllərin təmin edilməsi;
  • Müştəri ehtiyaclarına uyğun proseslərin digitallaşdırılması və təkmilləşdirilməsinin təmin edilməsi;
  • Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması zamanı risklərin müəyyən edilməsi, bu risklərin idarə edilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
  • Qayda, prosedur, vəzifə təlimatı və digər əlaqəli sənədlərin hazırlanması;
  • Avtomatlaşdırılmış proseslər üzrə yoxlama mexanizmlərinin qurulması və tətbiq edilməsi;
  • Hesabatların hazırlanması, mütəmadi tələb olunan hesabatların vizuallaşdırma alətləri ilə vizuallaşdırılması;
  • Strukturlar üzrə illik ştat planının hazırlanması, yeni sorğuların analizi və rəyin verilməsi.

Tələb olunan bacarıq və təcrübə:

  • Ali təhsil;
  • Azərbaycan dili mükəmməl, İngilis dilini əla səviyyədə. Rus dili biliyi üstünlükdür;
  • İnsan resursları, Əmək münasibətlərinin idarə edilməsi sahələri üzrə minimum 3 il iş təcrübə;
  • İnsan resursları üzrə proqram təminatının implementasiyası (SAP), proseslərin avtomatlaşdırılması üzrə təcrübə;
  • Əmək Məcəlləsini mükəmməl bilmək;
  • Data və vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə işləməyi bacarığı;
  • Ünsiyyət qurmaq, komandada işləmək və yüksək icraçılıq bacarığı;
  • Təşəbbüskarlıq, çeviklik, diqqətlilik kimi xarakterik xüsusiyyətlər.

İşə qəbul prosesi:

  • CV yoxlanışı 
  • Müsahibə

Namizədlər üçün sosial media bağlantıları:

//bit.ly/3JfQX9T

//hr.kapitalbank.az/vacancy/detail?vacancyId=3063

 

Zemfira Ms
Fins.az