"Bank Respublika" ASC, Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması
- Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
- Risk nəzarət matrisinin hazırlanması və dövri olaraq yenilənməsi;
- Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
- Bankdaxili normativ sənədlərin, məhsul və xidmət passportlarının, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
- Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
- Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
- Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflərin verilməsi
Tələblər:
- Ali təhsil(Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);;
- Əməliyyat risklərinin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi;
- Risklərin (xüsusilə əməliyyat riskləri) idarəedilməsi üzrə sertifikatların olmasına üstünlük verilir;
- Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
- Zərurət olduqda monitorinq, qiymətləndirmə və ya təlimlərin keçirilməsi məqsədilə şəhər və region filiallarına səfərlər edə bilməsi;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə arzuolunandır;
- Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
- Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Komanda və insanlar ilə işləmək bacarıqları;
- Məsuliyyət və detallara qarşı diqqət.
CV-nizi qeyd olunan linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az