"PASHA Insurance" şirkəti, İstedadların idarə edilməsi və İnkişafı üzrə mütəxəssis (Temprorary) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə və Öhdəliklər:
- Şirkətdaxili istedad bazasının təşkili üçün aidiyyatı struktur rəhbərləri ilə birgə işlərin görülməsi;
- Təşkilat səviyyəsində səylərin performansın idarəedilməsi və performasın təkmilləşdirilməsi proqramlarının şirkətin davamlı olaraq strateji ehtiyacları ilə uyğunluq təşkil etməsini yoxlamaq;
- İstedadların performans göstəricilərinin analiz olunması;
- İstedadların davamlı inkişafına dəstək göstərilməsi;
- Təlim büdcəsinin icrasına nəzarət periodik analizlərin aparılması və nəzarətdə saxlamaq
- Təlim təchizatçılarının dəyərləndirilməsi prosesinə nəzarət;
- Şirkət daxilində mövcud olan kommunikasiya boşluqlarının təyin olunması və müvafiq tədbirlər planının hazırlanması və icrasına nəzarət;
- Kommunikasiya kanallarının yaradılması, idarə olunması və mövcud kanalların effektivliyini yoxlamaq və kontrol etmək;
- İntranet Platformasının yeni funksionallıqlarla mütəmadi inkişaf etdirilməsi və effektivliyinə nəzarət;
- Key role, critical skills holder və high potential anlayışlara dair müvafiq təsvirin və kriteriyaların formalaşdırmaq;
- Succession planning prosesi üzrə nəticələrə dair boşluqların analizi - funsional və şirkət səviyyəsində, tədbirlərin siyahısı və məsul şəxsləri müəyyən etmək;
- Performans dəyərləndirmə proseslərinin təşkili və reallaşması prosesinə nəzarət;
- Hədəflərin təyin edilməsində iştirak etməklə, yarımillik izləmə və il sonu qiymətləndirmə prosesinin həyata keçirilməsini təşkil etmək, fərdi, komanda və təşkilati inkişafına nəzarət edilməsi;
- Şirkət tərəfindən təşkil edilən tədbir, iclas və görüşlərdə aktiv iştirak etmək ;
- Rəhbərlik tərəfindən gördüyü işlər istiqamətində verilən sorğu və digər tapşırıqları yerinə yetirmək.
Biliklər:
- Ali təhsil
- Kompüter bilikləri: MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı (Rus dili arzuolunandır)
- Təlim və İnkişaf prosesi haqqında biliklər
- Əmək qanunvericiliyi üzrə biliklər arzuolunandır
- PHRi, SHRM, CİPD kimi beynəlxalq sertifikatlar arzuolunandır
Təcrübə:
- Sahə üzrə 2 il iş təcrübəsi
Bacarıqlar:
- Yazılı və şifahi ünsiyyət
- Nəticə yönümlü
- Təhlil
- Məsuliyyətlik
- Detallara diqqət
- Təşkilatçılıq
- Komandada işləmək bacarığı.
Son müraciət tarixi: 25.10.2024
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Zemfira Ms
Fins.az