VAKANSİYA

30 Sentyabr

Kiçik mütəxəssis - VAKANSİYA

"PASHA Life" şirkəti, Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə Öhdəlikləri:

  • Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;
  • Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;
  • Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
  • Aylıq və illik maliyyə yekunları əsasında MHBS (İFRS) uyğun düzəlişlərin verilməsi;
  • Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
  • Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
  • Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi analizlərin edilməsində iştirak etmək;
  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən az 6 ay iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:əla, Rus dili:orta
  • Üstünlüklər: ACCA FA imtahanını uğurla tamamlaması (ACCA FR arzuolunandır), SQL və
  • Power BI üzrə biliklər arzuolunandır
  • Kompüter bilikləri: MS Excel: əla , MS Word: əla , MS PowerPoint: əla

Fərdi keyfiyyət tələbləri:

  • Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.

Zemfira Ms
Fins.az