VAKANSİYA

26 Sentyabr

"Golden Pay"da karyera imkanı: Şöbə rəhbəri AXTARILIR!

"Golden Pay" şirkəti, Plastik kart və cüzdan şöbəsinin rəhbəri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini təşkil etmək və idarə etmək, şöbə qarşısında duran vəzifələrin icrasını təmin etmək;
  • İdarəetmə orqanlarının, işçi kollegial orqanlarının və GoldenPay rəhbərliyinin şöbənin fəaliyyəti ilə bağlı qərarlarının icrasını təmin etmək;
  • GoldenPay-in normativ aktlarının və daxili sənədlərinin tələblərinə (şöbənin fəaliyyətinə aid olduğu dərəcədə) riayət etmək;
  • Şöbənin fəaliyyətinin bütün sahələrinə nəzarəti təşkil etmək və şöbədə aparılan işlərin məxfiliyini lazımi səviyyədə təmin etmək;
  • Şöbənin Əsasnaməsinin və şöbənin ştat cədvəlinin layihəsini GoldenPay-in səlahiyyətli orqanına baxılması üçün təqdim etmək;
  • Şöbənin işçiləri arasında vəzifələri bölüşdürmək və şöbə işçilərinin ixtisaslarının artırılmasına yönəlmiş işləri təşkil etmək;
  • Şöbənin öz funksiyalarını yerinə yetirmə qaydasını müəyyən edən daxili sənədləri hazırlamaq və GoldenPay-in digər departamentləri ilə razılaşdırmaq, habelə şöbənin öz funksiyalarını yerinə yetirməsi üçün GoldenPay-in digər departament və şöbələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
  • Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə inzibati sənədlərin müəyyən edilmiş qaydada hazırlanaraq təsdiqə təqdim edilməsini təşkil etmək;
  • GoldenPay-in daxili sənədləri ilə verilmiş səlahiyyətlərə uyğun olaraq idarəetmə orqanları, işçi kollegial orqanları və rəhbərlik tərəfindən qəbul edilmiş və ya təsdiq edilmiş qərarları həyata keçirmək;
  • Müvafiq konsaltinq işlərini yerinə yetirərək (müştəriyə GoldenPay-in plastik kartlarının növləri, plastik kartlarla və elektron cüzdanla ödənişlərin aparılması xüsusiyyətləri haqqında məlumat vermək) GoldenPay-in fərdi və korporativ plastik kartlarının istehsalı və cüzdanların aktivləşdirilməsi üçün müştərilərdən (fiziki və hüquqi şəxslərdən) müraciətləri qəbul etmək (xaricdə və internet üzərindən daxil olan müraciətlər də daxil olmaqla);
  • GoldenPay müştəriləri ilə əlaqələrin vəziyyətinin təhlilini aparmaq və onların inkişafı üçün təkliflər hazırlamaq;
  • GoldenPay-in daxili qaydaları çərçivəsində müştərilərə xidmətin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə kartlara və elektron cüzdanlara xidmət göstərilməsi üçün vahid texnologiyanın təmin edilməsi və təkmilləşdirilməsi;
  • VISA və Mastercard ilə hesablaşmaların və üzləşmələrin təşkili.

Tələblər:

  • Ali təhsil;
  • PMP, CFA, CPA kimi beynəlxalq sertifikatlar arzuolunandır;
  • Bank sahəsində təcrübə üstünlükdür;
  • Satış bacarıqları;
  • Kredit portfeli ilə işləmək təcrübəsi;
  • Kredit məhsulları ilə işləmək bacarığı;
  • Məhsulun yaradılması və idarəedilməsi təcrübəsi;
  • Rəhbər vəzifəsində 2-3 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə 5 illik iş təcrübəsi;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilmək üstünlükdür.

İş qrafiki:

Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi email adresinə [email protected] vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Zemfira Ms
Fins.az