VAKANSİYA

25 Sentyabr

Mərkəzi Bank yüksək bacarıqlı Kiçik mütəxəssis AXTARIR!

Azərbaycan Respublikasının Mərkəzi Bankı, kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Maliyyə texnologiyaları və innovasiyalar departamentinin Maliyyə texnologiyaların təhlili və inkişafı şöbəsi - Kiçik mütəxəssis

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin  yerinə yetirilməsində iştirak edir; 
  • Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi ilə bağlı təcrübələrin izlənilməsini, öyrənilməsini, ölkədə tətbiqi ehtimallarının araşdırılmasını və əldə oluna biləcək faydaların effektivliyinin qiymətləndirilməsini təmin edir; 
  • Ölkədə maliyyə texnologiyaları sahəsi üzrə baş verən yenilikləri daim izləyərək innovativ həllərin və alətlərin istifadəsi istiqamətində araşdırmalarla tanış olur,müvafiq təklifləri ( discovery cases) formalaşdıraraq, bu istiqamət üzrə inkişaf strategiyalarını hazırlayır və daim yeniləyir;
  • İnformasiya texnologiyaları departamentinin proqramlaşdırma üzrə məsul şöbəsi ilə birgə maliyyə bazarlarında maliyyə texnologiyalarının inkişafı istiqamətində avtomatlaşdırılacaq sahələri müəyyən edir və müvafiq layihələrin realizasiyasında dəstək olur;
  • Maliyyə bazarlarında maliyyə texnologiyaları üzrə tətbiq edilən informasiya sistemlərinin və rəqəmsal həllərin layihələndirilməsində, yaradılmasında, sınaqdan keçirilməsində, qarşılıqlı inteqrasiyasında, istismara verilməsində və davamlı modernizasiyasında iştirak edir;
  • Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi üzrə bazar araşdırmasını aparır, texnoloji həlləri təhlil edir və tətbiq üçün təkliflər hazırlayır;
  • Müvafiq layihələrdə iştirak edir;
  • Funksional fəaliyyətə dair müvafiq hesabatların hazırlanaraq aidiyyatı üzrə təqdim edilməsi;
  • Müvafiq normativ metodoloji bazasının hazırlanması və təkmilləşdirməsinin təşkilində iştirak;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Təqdimat və yazı bacarığı;
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər;
  • Layihələrin idarəolunması;
  • Analitik təhlil etmə;
  • Təşkilatçılıq və planlaşdırma; 
  • Ünsiyyətqurma bacarığı; 
  • Analitik düşünmə bacarığı;
  • Araşdırma aparma;
  • Vaxtın idarəedilməsi bacarığı;
  • Qərar qəbul etmə bacarığı.

Digər tələblər:

  • Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə  / İngilis dili - orta səviyyədə; 
  • Təcrübə - Müvafiq sahədə təcrübə arzuolunandır ;
  • Təhsil - İT, Tətbiqi riyaziyyat, layihələrin idarəedilməsi istiqamətləri üzrə ali təhsil;
  • Kompüter bacarıqları - MS Office yüksək səviyyədə;
  • Sertifikatlar - PSPO1 mütləqdir.

Link: //www.cbar.az/hr/f?p=100:10

Zemfira Ms
Fins.az