VAKANSİYA

24 Sentyabr

"FTL" MMC mühasib AXTARIR!

"FTL" MMC, mühasib vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;
  • Bank ödənişlərinin həyata keçirilməsi;
  • Hesab Fakturalarının, EVQF və digər maliyyə sənədlərinin tərtib olunması və göndərilməsi; 
  • Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatının hazırlanması;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Aylıq, rüblük və illik DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi;
  • Və digər cari əməliyyatların həyata keçirilməsi.

Namizədə tələblər:

  • Təhsil: ali (iqtisadi)
  • Yaş həddi: 22-30 arası 
  • Ən azı 1 il ixtisasına görə təcrübəsi olmalıdır
  • 1 C proqramı 8.3. versiyası 
  • Azərbaycan, rus dilləri
  • Microsoft Excel proqramından istifadə bacarığı
  • Komanda daxilində çalışmaq bacarığı

İş şəraiti:

  • Əmək haqqı: iş görüşməsində müəyyən olunacaq
  • İş qrafiki: tam iş həftəsi (5 gün)
  • İş saatları: 09:00-17:00
  • İstirahət günləri: şənbə/bazar
  • Nahar şirkət tərəfindən verilir
  • Servis nəqliyyat vasitəsi şirkət tərəfindən təşkil olunur 

Qeyd olunan tələblərə cavab verən namizədlər aşağıda qeyd edilmiş e-mail ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.

[email protected]

Zemfira Ms
Fins.az