"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC, Pərakəndə satış departamentinin müdiri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin illik planının tərtib olunması və rəhbərlik ilə razılaşdırılması;
- Qarşıya qoyulmuş satış hədəflərinə çatmaq üçün mütəmadi olaraq satış komandasının nəticələrinin təhlil edilməsi, onlarla gündəlik yoxlamaların keçirilməsi və gələcək üçün satış proqnozlarının verilməsi;
- Satışların artırılması üçün daima yeni strategiyaların və metodların üzərində çalışılması;
- Satış əməkdaşlarının işə götürülməsi prosesində iştirak, iş prosesinin öyrədilməsi, onlara fərdi hədəflərin qoyulması və daim hədəfə fokuslanması üçün motivasiya edilməsi;
- Satış əməkdaşlarının mütəmadi olaraq iş fəaliyyəti ilə bağlı hesabatlarının alınması;
- Satış komandasının təlim ehtiyaclarının aşkar edilməsi və bacarıqlarının inkişaf etdirilməsi üçün planın tərtib olunması;
- Ay və il sonunun bağlanması prosesinin idarə edilməsi;
- Yeni satış nöqtələrinin açılması və ya problemli olanların bağlanmasına ilkin təsdiqinin verilməsi;
- Zəruri hallarda satış nöqtələri tərəfindən tələb olunan məhsul sifarişlərinə təsdiqin verilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatların rəhbərliyə təqdim olunması;
- Xərclərə nəzarətin edilməsi, resurslardan səmərəli istifadə olunmasının təmin edilməsi;
- Bölgə işçilərinin iş fəaliyyəti ilə bağlı yaranan problemlərinin səlahiyyəti çərçivəsində həll edilməsi;
- Müştərilər ilə görüşüb onların ehtiyaclarının öyrənilməsi, müştəri bazasının genişləndirilməsi üçün uzunmüddətli əlaqələrin qurulması;
- Franchasingin idarə edilməsi;
- Mütəmadi olaraq şəxsi liderlik, işəalma və təlim bacarıqlarının inkişaf etdirilməsi;
- Müəssisənin maraqlarının digər qurumlarda təmsil edilməsi
Tələblər:
- Ali təhsil (marketinq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Satış sahəsi üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq ən az 3 il);
- Azərbaycan dili səlis, ingilis dili və rus dili biliyi üstünlükdür;
- 1C proqramını yaxşı səviyyədə bilmək;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Pərakəndə satış departamentinin müdiri ” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Zemfira Ms
Fins.az