VAKANSİYA

23 Sentyabr

“Araz”, vergi uçotu üzrə Aparıcı mühasib AXTARIR

“Araz” supermarketlər şəbəkəsi, vergi uçotu üzrə Aparıcı mühasib vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Öhdəliklər:

  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
  • Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək;
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;

Tələblər: 

  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • ACCA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • Logo (Tiger) proqram biliyinin olması arzu olunandır.
  • E-gov.az,e-taxes.gov.az,stat.gov.az dövlət platformalarında işləmək bacarığı;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığının olması;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • SAP bilikəri üstünlükdür.

İş şəraiti:

  • Nahar ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük iş qrafiki
  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Vergi uçotu üzrə Aparıcı mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər: [email protected]

Zemfira Ms
Fins.az