"Zeta Group" MMC auditor vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, və digər əlaqədar ixtisaslar);
- Audit sahəsində minimum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (1C (8.3) proqramı üstünlükdür);
- Analitik təfəkkür, problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- İllik Audit Planına əsasən xüsusi audit layihələrinin həyata keçirilməsi;
- Yoxlama zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair tədbirlərin tərtib edilməsi, səmərəli təkliflərin verilməsi;
- Kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan nöqsan və çatışmazlıqları müzakirə edilməsi və onların aradan qaldırılması üçün rəhbərliyə təkliflərin verilməsi;
- Mövcud və yeni Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS) tədqiqi və onların mümkün təsirləri barədə təkliflərin verilməsi;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərin effektivliyinin qiymətləndirilməsi;
- Aylıq maliyyə hesabatlarının təhlilini təmin edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük iş həftəsi
- İş saatı 9:00 –dan 18:00 -dək
- İstirahət günləri - Şənbə/Bazar
Maraqlanan şəxslər öz CV formalarını e-mail ünvanına [email protected] göndərə bilər (məktubun mövzu bölməsində “Auditor”, vakansiyanın adını qeyd edin).
Zemfira Ms
Fins.az