“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Texniki qulluq və təmir üzrə növbə rəisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə və Öhdəlikləri:
- Növbədəki texniki qulluq və təmir işlərini planlamaq və təşkil etmək.
- Texniki qulluq işçilərinin gündəlik fəaliyyətlərini koordinasiya etmək və tapşırıqları paylamaq.
- Təmir işləri üçün lazım olan materialların, alətlərin və avadanlıqların təmin olunmasını nəzarətdə saxlamaq.
- Texniki problemləri müəyyənləşdirmək və onların tez və effektiv həll olunması üçün tədbirlər görmək.
- Təmir və qulluq işlərinin keyfiyyətini və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq.
- Quraşdırma, texniki qulluq və təmir işlərinin düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək.
- Avadanlıqların performansını mütəmadi olaraq yoxlamaq və kənarlaşma halında müdaxilə etmək.
- Texniki qulluq və təmir işçilərinin təhlükəsizlik qaydalarına əməl etməsini təmin etmək.
- Texniki qulluq və təmir işlərinin qeydiyyatını aparmaq və işlərə dair hesabatları hazırlamaq.
- Avadanlıqların vəziyyəti, görülmüş işlər və ehtiyat hissələrinin istifadəsi barədə müntəzəm hesabatlar təqdim etmək.
- Mövcud avadanlıqların səmərəli istifadəsini təmin etmək və onların texniki vəziyyətini izləmək.
- Yeni avadanlıqların quraşdırılmasına və mövcud sistemlərin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Tələblər:
- Ali təhsil/Elektrik və Avtomatika mühəndisliyi üzrə olanlara üstünlük verilir;
- Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;
- İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;
- MS Office;
- Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
Xüsusi bacarıqlar:
- Komandanı idarə etmək bacarığı;
- Effektiv ünsiyyət qurmaq bacarığı;
- Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- Detallara diqqət yetirə bilmək bacarığı;
İş şəraiti:
- İş yeri: Sumqayıt Kimya Sənaye Parkı;
- İş qrafiki: növbəli;
- Sumqayıt və 20 Yanvar dairəsindən servis;
- Könüllü Tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzu yerinə “Texniki qulluq və təmir üzrə növbə rəisi” yazıb [email protected] elektron poçt ünvanına göndərin.