VAKANSİYA

17 Sentyabr

"KredAqro" BOKT Kredit Analitiki axtarır

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Kredit Analitiki vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Əsas vəzifə və öhdəliklər:

  • Online kredit sifarişini təmin etmək məqsədilə müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsi;
  • Müştərilərin maliyyə hesabatlarını təhlil etmə: Müştərilərin gəlir, xərclər və borc vəziyyətlərini araşdıraraq onların kredit qabiliyyətlərini qiymətləndirmək.
  • Risklərin qiymətləndirilməsi: Kredit veriləcək şəxsin borc öhdəliklərini yerinə yetirə bilməmə riskini qiymətləndirmək.
  • Riskləri dəyərləndirərək məntiqli və səmərəli qərarlar qəbul etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi; 
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə davranış etikası. 
  • Xanım namizədlərə üstünlük verilir.

İş şəraiti:

  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Analitiki” qeyd etməklə göndərmələri xahiş olunur.  “KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.