"All in One Technologies" QSC Anbardar vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Əsas iş öhdəlikləri:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinə nəzarət etmək
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək
- Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq
- Stok sayına nəzarət etmək, bitmək üzrə olan mal-materiallar barədə, vaxtında təchizat şöbəsinə məlumat vermək
- Mədaxil-məxaric proseslərini düzgün icra etmək və sənədləşdirmək
- Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək
- Əməyin təhlükəsizliyi normalarına əməl etmək, tabeliyində olan anbar heyətinin işinə nəzarət etmək
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyyətə bildirmək
- Anbar sayımını təşkil etmək və hesabatları rəhbərliyə təqdim etmək
Tələblər:
- İt avadanlıqlar və digər malların növü barədə məlumatlılığın olması
- 1 C 8.3 proqram təminatından istifadə bacarığının olması vacibdir
- MS Excel proqramında işləmə bacarığı
- Müvafiq sahədə 3 ildən çox təcrübə
Biz nə təklif edirik:
- Karyera inkişafı
-
Əməkhaqqı:1000-1200
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “Anbardar” yazmaqla göndərsinlər.