VAKANSİYA

04 Sentyabr

Sistem əməliyyatlarının Avtomatlaşdırılması üzrə mütəxəssis - VAKANSİYA

"Veysəloğlu" MMC Sistem əməliyyatlarının Avtomatlaşdırılması üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İşin təsviri:

Daxili tərəfdaşlar (Satış, BİM, DND, Mühasibatlıq, Ticari marketinq və s) tərəfindən icra edilən Cəmiyyətə aid əməliyyatlar üzrə dəstəyin həyata keçirilməsi və avtomatlaşdırma sahələri barədə təkliflərin hazırlanması

Vəzifə öhdəlikləri:

  • Əməliyyatlar üçün istifadə edilən mobil və veb tətbiqin (VESAS) funksionallıqlarının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, şöbədaxili əlaqəli əməkdaşlara bildirilməsi;
  • Şöbənin iş proseslərinin avtomatlaşdırılması (Service desk) və platformada yaradılan sorğu növlərinin icra edilməsini təmin etmək və icra edilmiş yetgiləndirmələrin nəzarətini edib, düzəlişlərin aparılması;
  • Daxili tərəfdaşların istifadə etdiyi tətbiq üzrə (VESAS) üzrə təlimlərin keçirilməsi;
  • Şöbənin iş proseslərinin avtomatlaşdırılması (Service desk – RTD.Vesas) və platformada yaradılan sorğu növlərinin icra edilməsini təmin etmək və icra edilmiş yetgiləndirmələrin nəzarətini edib, düzəlişlərin aparılması  (proses gedişatına əsasən qeyd edilən platformada əməliyyatlar dəyişə bilər);
  • İcra edilən əməliyyatların sistem vasitəsilə hesabatlılğını təqdim etmək;
  • Digər strukturlarla iş gedişatını kommunikasiya etmək və tapşrıqıların uğurla sonlandırılması

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (üstünlükdür);
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
  • SAP (üstünlükdür);
  • İşdə dəqiqlilik və detallara fikirvermə qabiliyyəti;
  • Analitik təhlil, çevik qərarvermə və komandada işləmə bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;

İş qrafiki:

  • Həftənin 5 günü saat 08:00-dan 17:00-də

Funksiya: Rəqəmsallaşdırma,transformasiya və layihələr direktorluğu/Sistemlərin Avtomatlaşdırılması şöbəsi

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək 

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Sistem əməliyyatlarının Avtomatlaşdırılması üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına və  ya //karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.