"StudyLab" Təhsil və İnkişaf Mərkəzi Xaricdə Təhsil üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Türkiyə, Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya və digər xarici ölkələrdə dil kursları, ali məktəbə hazırlıq proqramları, bakalavr, magistratura və doktorantura təhsili daxil olmaqla, müştərilər üçün xaricdə ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə, müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək.
İş barədə məlumat:
- Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət);
- Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək;
- Tələbələrlə təhsil konsultasiyası; Uyğun universitet və ixtisasların seçilməsi;
- Universitetlərə müraciət proseslərinin yerinə yetirilməsi; Qəbulların alınması;
- Tələbələr üçün təqaüdlərin təyin olunması; Təqaüdlərə müraciət proseslərinin yerinə yetirilməsi;
- Viza müraciətlərinin edilməsi;
- Xarici universitetləri ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;
- Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;
- Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumatlar vermək;
- Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən təsdiq edilmiş Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək
- Ölkə üzrə/ Xaricdə keçirilən tədbirlərdə StudyLab şirkətini təmsil etmək;
Namizədə tələblər:
- İngilis dilini yüksək səviyyədə bilməlidir (min İntermediate)
- Sorğuların operativ cavablandırılması qabiliyyəti
- Güclü araşdırma qabiliyyəti/ Satış bacarığı
- Bazar ertəsi – Cümə 10:00 -18:30 / Şənbə 10:00 - 16:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Ödəniş: əmək haqqı 800 AZN – 1500 AZN
- “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Maraqlanan namizədlər mövzu yerində “Xaricdə Təhsil üzrə Baş Mütəxəssis” yazmaqla öz CV-lərini qeyd edilmiş e-mail ünvanına ([email protected]) göndərə bilər. (Cover letter arzuolunandır)