"Hajigabul Poultry Farm Company" Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə üzrə tələblər :
- Baytarlıq, qida təhlükəsizliyi, kənd təsərrüfatı və ya əlaqəli sahədə ali təhsil
- Ən azı 5 illik iş təcrübəsi, quşçuluq sahəsində təcrübə üstünlükdür
- MS Office proqramları
- Logo ERP proqramı (arzuolunandır)
- Liderlik və komanda idarəetmə bacarıqları
- Mükəmməl kommunikasiya və təşkilatçılıq qabiliyyəti
- Güclü analitik bacarıqlar və problem həll etmə qabiliyyəti
- Qida təhlükəsizliyi və keyfiyyət standartları haqqında dərin bilik (HACCP, ISO və s.)
Vəzifə öhdəlikləri.
- Keyfiyyətə nəzarət məlumatlarının statistik təhlilini aparmaq, keyfiyyətə nəzarət sistemində mövcud problemlərin aşkar edilməsi;
- İstehsalat prosesinin bütün mərhələlərində və ya növbədə olan və hazır məhsulların idarə olunması və onların keyfiyyətinə nəzarət edilməsi;
- İstehsal edilən məhsulun standartlara uyğun nəzarət olunan ölçü-parametrləri və nəzarət qaydalarından, texniki ölçmə avadanlıq, vasitə və alətlərindən istifadə edilməsi;
- Hazır məhsulların və istehsal məhsullarının fiziki xarici qüsurlarının əsas əlamətlərinə görə sinifləşdirilməsi;
- Sınaq laboratoriyasında aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişedici və qabaqlayıcı fəaliyyət hesabatlarının son vəziyyətlərini izləmək və edilən dəyişiklikləri yoxlamaq;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərliyə hesabatlar hazırlayıb təqdim edilməsi.
- Şirkət rəhbərliyinin aldığı qərarları həyata keçirmək, keyfiyyət sisteminin işləməsi və performansı mövzusunda rəhbərliyə təkliflər vermək;
- Keyfiyyət fəaliyytələrinin planlanması, koordinasiyası və inkişaf etdirilməsini təmin etmək;
- Keyfiyyət idarəetmə sistemləri ( İSO 9001, İSO 14001, İSO 17020, İSO 45001, İSO 17025) və keyfiyyətə nəzarət standartları üzrə 3 illik işləmə təcrübəsi;
- İSO 17025:2020 Keyfiyyət idarəetmə sisteminin sənədlərini, Keyfiyyət üzrə Rəhbərlik
- Sənədini hazırlamaq, paylaşmaq və davamlı yeniləmək, prosedur, vəzifə və iş təlimatları, formlar, siyahılar, validasiya və qeyri-müəyyənlik hesabatları və aktlar hazırlamaq və tətbiqini həyata keçirmək;
- Referans materiallar siyahısı hazırlamaq və daim nəzarət etmək, bunlar əsasında nəzarət qrafikləri qurmaq, və daim nəzarət etmək;
- Keyfiyyəti idarəetmənin müxtəlif mərhələləində iştirak etmək;
- Müntəmadi olaraq istehsal prosesinin müxtəlif mərhələlərində risklərin idarə olunmasında iştirak etmək və təkliflər vermək;
- Keyfiyyətə nəzarət sahəsində uyğunsuzluqların idarə olunması prosesində iştirak etmək.
- Qanun və qaydalar ilə əlaqədar yeni çıxan dəyişiklikləri gündəlik olaraq izləmək, bunlar haqqında işçilərə məlumat vermək.
İş şəraiti :
- İş yeri - Hacıqabul rayonu
- İş rejimi – 6 günlük
- Əmək haqqı - Tərəflərin qarşılıqlı razılığı əsasında.
- Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarına nəqliyyat servis xidmətimiz fəaliyyət göstərir.
Cv –lərinizi [email protected] mail adresinə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə (051)230-44-07 əlaqə saxlaya bilərsiniz.
Müraciət üçün son tarix- 30.10.2024