"PASHA Insurance" Maliyyə Risklərinin İdarəedilməsi şöbəsində mütəxəssis və ya aparıcı/baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə və Öhdəliklər:
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək
- Maliyyə risklərinin idarə edilməsi ilə bağlı siyasət sənədlərinin, prosedur və metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək
- Mütəmadi olaraq risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlamanmasında iştirak etmək
- Şirkətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, onların tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək
- Maliyyə riskləri limitlərinin hesablanmasına dair təkliflərin verilməsi
- Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
- Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi
- Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək
- Müvafiq daxili hesabatların hazırlanmasında iştirak etmək
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Biliklər:
- İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə ali təhsil;
- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
Təcrübə:
- Ümumilikdə əlaqəli sahədə 2 il iş təcrübəsi; Risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
Bacarqılar:
- Təqdimat bacarıqları;
- Komandada işləmək bacarığı;
- Yaxşı ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
- Stresə davamlılıq;
- Təşəbbüskarlıq;
- Məqsədyönlülük;
- Emosional stabillik və məsuliyyətli olmaq.
Son müraciət tarixi: 12.08.2024
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına ([email protected]) göndərin.