Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Kadrlar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İş yeri:
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri (Suraxanı və Sabunçu rayonları üzrə)
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə)
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə
- Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə)
Qanunvericilik üzrə biliklər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı
- “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı
- “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı
- “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
- Bu sahəyə uyğun ola biləcək digər qərarlar, təlimatlar və s.
İşin təsviri:
- Elektron hökümət portalına (ƏMAS) aidiyyatı məlumatların daxil edilməsi;
- İşçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad olunması və əmək qanunvericilində nəzərdə tutulmuş digər hüquq və vəzifələr ilə bağlı bütün işlərin vaxtında rəsmiləşdirilməsinin həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin, imzalanmış əmrlərin və həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada qeydiyyatının həyata keçirilməsi, saxlanması və onlarda olan məlumatların yayılmamasının təmin edilməsi;
- İnsan resursları üzrə elektron məlumat bazasının formalaşdırılması və yenilənməsinin həyata keçirilməsi;
- Yeni qəbul olunan işcilərin vəzifə təlimatları ilə tanış olmalarının təmin edilməsi;
- Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq güzəştlərin tətbiq edildiyi işçi qruplarının daim nəzarətdə saxlanılması və bu güzəştlərin tətbiqinin təmin edilməsi;
- Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi və uçotunun aparılmasının təmin edilməsi;
- Xəstəlik vərəqələrinin müvafiq hissələrinin və protokollarının tərtib olunmasın təmin edilməsi;
- İşçilərin gündəlik işə davamiyyətinə nəzarət edlməsi;
Əmək haqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Müraciət qaydası:
Aşağıd qeyd olunan sənədləri email ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini (məsələn: BBSM-kadrlar üzrə mütəxəssis) qeyd edərək müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Diplomun surəti;
- CV
Son müraciət tarixi: 21.07.2024
Əlaqə: [email protected]