VAKANSİYA

08 İyul

Elektron ticarət və rəqəmsal marketinq mütəxəssisi - VAKANSİYA

AzProduct MMC Elektron ticarət və rəqəmsal marketinq mütəxəssisi (xanım) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Ali təhsil,
  • Elektron ticarət saytı və məhsulların idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi 
  • Elektron ticarət idarəetmə panelləri, məhsul, stok, kampaniyanın idarə edilməsi, 
  • Elektron ticarət sektorundakı yenilikləri və inkişafları yaxından izləməli,
  • Sistemli işləyə bilən, planlaşdırma, təşkilatçılıq və hesabat vermə bacarıqlarına malik olmalı.
  • Rus və ingilis dillərini mükəmməl bilməlidir.

İşin təsviri:

  • Elektron ticarət saytının məzmun idarəçiliyi və iş proseslərinin icrası, aktuallaşdırılması və lazımi optimallaşdırmaların təmin edilməsi,
  • Vebsaytda rast gəlinən səhvləri tapmaq və onların həlli üzərində işləmək,
  • Həftəlik Poçt, Push, sosial şəbəkə paylaşımı,
  • Facebook, Instagram və Google platformalarında reklam büdcələrinin müəyyən edilməsi və reklam kampaniyalarının dizaynı və nəzarəti,
  • Planlaşdırılan kampaniyaların vizual və məhsul araşdırmalarının əlaqələndirilməsi, sınaqdan keçirilməsi və internet saytında dərc edilməsi, nəzarət, monitorinq və hesabatların verilməsi,
  • Markanın rəqəmsal marketinq fəaliyyətlərində rəqəmsal agentliklə əlaqənin təmin edilməsi,
  • Trafik, dönüşüm nisbətləri və e-ticarət səhifələrinin onlayn satış orta səbət dəyərini artırmaq üçün strategiya və kampaniyaların hazırlanması, həyata keçirilməsi və optimallaşdırılması
  • Axtarış motorunun optimallaşdırılması (SEO) və axtarış motoru marketinqi (SEO) fəaliyyətlərinin idarə olunması,
  • Müştəri tələb və şikayətlərinə cavab prosesinin effektiv idarə olunması namizədlərdən gözlənilən vəzifə təlimatları arasındadır.

Əlaqə: [email protected]