VAKANSİYA

12 İyun

Marketing mütəxəssisi - VAKANSİYA

Fins.az xəbər verir ki, "Mars Group Co MMC" "Marketing mütəxəssisi" vakansiyası elan edir.

Tələblər:

  • Ali təhsil

  • Rus və İngilis dili biliklərinin olması arzuolunandır;

  • Marketing meneceri və ya marketinq mütəxəssisi kimi 3  illik təcrübə

  • Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı;

  • Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;

  • Rəqəmsal marketing istiqamətləri üzrə biliklərin olması arzuolunandır;

  • Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;

  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq və media strategiyalarının hazırlanmasında, konseptin formalaşdırılmasında iştirak etmək;

  • Şirkətin marketinq məlumat baza sisteminin qurulmasını təmin etmək;

  • Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz etmək;

  • Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanmasını təmin etmək;

  • Marketinq sahəsində fəaliyyət planının hazırlamaq və rəhbərə təqdim etmək;

  • Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)

  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil  etmək;

  • Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməlidir;

  • Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazırlanmasında iştirak etməli, təhlillər aparmalıdır;

  • Şirkət üzrə brend istifadəsinə nəzarət

  • Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etməlidir;

  • Şirkətin PR və Reklam siyasətinin hazırlanması;

  • Gələcək marketinq strategiyalarını formalaşdırmağa kömək etmək üçün marketinq məlumatlarının (kampaniya nəticələri, dönüşüm dərəcələri, trafik və s.) təhlilini aparmaq;

  • Marketing büdcəsini rüblük, illik hazırlanması və effektiv idarə olunması;

  • Marketing xərclərinin analizi və təkmilləşdirilməsi;

İş şəraiti: 

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə:  

  • 5 günlük iş qrafiki  

  • İş saatı: 09:00-18:00

  • Rəsmi əmək haqqı: 1200 azn 

  • İş yeri: İnşaatçılar prospekti 20.  Elmlər Akademiyası metrosunun yaxınlığı.

CV-nizi mövzü hissəsində Marketing mütəxəssisi yazmaqla [email protected] elektron ünvanına göndərə bilərsiz.