"Aztelekom" İstehsalat Birliyi SƏTƏM üzrə mühəndis (Samux) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Təsvir:
- Müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkil etmək
- SƏTƏM fəaliyyətini SƏTƏM qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparmaq
- Səlahiyyətləri çərçivəsində yeni qaydaların,prosseslərin,prosedurların, daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak etmək
- “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət etmək
- Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək və lazımi tövsiyələr vermək
- “Aztelekom” MMC-də quraşdırılmış avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək
- “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçmək
- Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət etmək
- İstehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparmaq
- Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərmək
Tələblər:
- Ali təhsil olmalıdır (Ali-texniki təhsilə üstünlük verilir)
- Sahəsi üzrə 3 il təcrübəsi olmalıdır
- Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır
- SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir
- MS Office və Outlook programlarını bilməlidir
- SƏTƏM üzrə dövlət normativ tələblərini və Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri bilməlidir
- Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını bilməlidir
- İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir
- Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini bilməlidir
- Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını bilməlidir
Ətraflı LİNK-ə daxil olun.