"Azərsun Holdinq" "Əsas vəsaitlər üzrə mütəxəssis" vakansiyası elan edir.
Fins.az xəbər verir ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müəssisə: BAZARSTORE MMC
Tələblər:
- Ali təhsilli (Maliyyə, mühasibatlıq, iqtisadiyyat sahələri üzrə);
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla;
- İlkin mühasibatlıq uçotu biliklərinə sahib olmalı;
- Barkodlama əməliyyatları ilə bağlı məlumatlı olmalı;
- Ezamiyyətə açıq olmalı;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik;
- Keyfiyyət yönümlülük;
- Məqsəd yönümlülük;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək;
Vəzifə öhdəlikləri:
- İnventarların uçotu və amortizasiyasının təqibi;
- İnventarların yerdəyişməsi prosesinin təşkili;
- İstifadə müddətini başa vurmuş inventarların adidiyyatı üzrə təhvil verilməsi;
- Edilən işlərlə bağlı hesabatların verilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Nəqliyyat vasitəsi ilə təminat.
İş yeri: Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Əsas vəsaitlər üzrə mütəxəssis " qeyd etməyiniz xahiş olunur.