"Improtex Trucks and Buses" şirkəti zəmanət üzrə menecer (xüsusi texnikalar) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Əmək funksiyaları:
- İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini əla bilmək;
- Müştəriləri qəbul etmək və nəqliyyat vasitəsində baş vermiş qüsurun müəyyənləşdirmək;
- Yerli zəmanət normalarının tətbiqi və idarə edilməsi;
- Məhsulun sıradan çıxması halının araşdırılması, təmirinin koordinasiyası üzrə məsuliyyət;
- Zəmanətlə bağlı təmir işləri üçün ehtiyat hissələrinin inventarının idarə edilməsi;
- Xidmət göstərilməsi və ya problemlərinin aradan qaldırılması və həlli məqsədilə korporativ departamentlərlə əlaqəli şəkildə işləmək;
- Zəmanət məsələləri üzrə müştərilərə məlumat vermək;
- Zəmanət sənədlərinin düzgün tərtib olunmasını, doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosesin düzgün gedişinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək.
Namizədə tələblər:
- Kişi;
- Texniki təhsil;
- 30-45 yaş;
- Müvafiq sahələrdə 3-5 il iş təcrübəsi;
- MS Office, 1C, Outlook (istifadəçi səviyyəsi);
- Yüksək səviyyədə azərbaycan, rus dili; inglis dili B1 (sərbəst danışıq);
- Təqdimat üsulları bacarığı;
- Ezamiyyətə hazırlıq (xərclər şirkət tərəfindən ödənilir);
- Məsuliyyətli diqqətli və intizamlı olmaq.
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük;
- İş saatları: I-V 09:00-18:00, VI 09:00-16:00;
- Əmək haqqı: 700 - 900 ₼;
- İş yeri: Bakı şəhəri, Salyan Şossesi 15;
- Çatdırılma: Servis Xidməti
Uyğun namizədlər CV-lərini " Zəmanət üzrə menecer " başlığı ilə e-mail ünvana göndərə bilərlər.
E-poçt: [email protected]