"PASHA Bank" məsafədən satış üzrə assistent vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İşiniz nədən ibarətdir?
- Bankın üstünlük verdiyi fərdi bank məhsullarının ("MilesSmiles" kart məhsulu, "daxili ipoteka" krediti, "istehlak" krediti və s.) satışına dəstək verilməsi;
- Fərdi bank məhsullarının müştəri məlumatları əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi;
- Fərdi bank məhsulları üzrə sənədləşmənin icra eedilməsi, sənədlərin arxivləşdirilməsinin həyata keçirilməsi;
- Satışı həyata keçirilmiş sənəd paketinin doğruluğunun mütəmadi olaraq yoxlanması və nəzarətdə saxlanması;
- Müştərilərə birbaşa bank məhsulları ilə bağlı məlumatların çatdırılması, lazımi sənədlərin alınması və sənədlərin imzalanmasına nəzarət olunması;
- Müştərilərə birbaşa, telefon, e-poçt və digər elektron vasitələrlə müvafiq məlumatların düzgün çatdırılması (məhsul şərtlərindəki yeniliklər, kampaniyalar və s.);
- Yönləndirilən müştərilərin cari statusu ilə bağlı aidiyyəti strukturlarla təqibin aparılması;
- Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
- Məhsul və xidmətlərlə bağlı cavablandırılan sorğuları aidiyyəti üzrə istiqamətləndirmək və təqibinin aparılması.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Tələb olunan iş təcrübəsi: Bank və Sığorta sahəsində telesatış istiqaməti üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Xarici dillər: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office.
Müraciət üçün LİNKƏ daxil olun.