"PASHA Bank" özəl bankçılıq üzrə baş müştəri meneceri vəzifəsinə vakansiya elan edir.
Fins.az bankın vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İşiniz nədən ibarətdir?
- Satış texnikası üsullarından səmərəli istifadə edilməklə yeni müştərilərin cəlb edilməsi;
- Müştərilərə fərdi yanaşma tətbiq etməklə idarə altında olan yeni aktivlərin cəlb edilməsinin və sabit artımının təmin edilməsi;
- Müştərilərə fərdi yanaşma tətbiq etməklə yüksək gəlirlilik əldə edilməsi;
- Yüksək gəlir sahibi olan müştərilərin fərdi bank məhsulları ilə təmin edilməsi;
- Müştərilərin gündəlik sorğu və ehtiyaclarının müəyyən edilməsi və qarşılanması;
- Zəruri hallarda müvafiq departamentə istinad etməklə, bank qaydalarının, prosedurlarının, siyasətinin və normativ tövsiyələrinin öz fəaliyyətində daimi istifadə edilməsi;
- Müştərilərin maksimum məmnunluğunu təmin etmək üçün yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi;
- Müştərilər haqqında məlumatın mühafizə edilməsi və məlumatın məxfiliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsi;
- Müştərilərə xarici banklarda aktivlərin idarə edilməsində, həmçinin qeyri-maliyyə məsləhətlərinin verilməsi;
- Müştəri Menecerləri və Kiçik Müştəri Menecerləri üçün təlimin keçirilməsi və mentorluq edilməsi;
- Analitik alətlərdən istifadə etməklə müştərilərin aktivləri portfelinin qiymətləndirilməsi. Depozit və kredit portfeli haqqında zəruri fəaliyyət hesabatlarının hazırlanması;
- Yeni biznes imkanlarını kəşf edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Tələb olunan iş təcrübəsi: 5-7 il;
- Xarici dillər: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office;
- Məhsul üzrə biliklər: Bank məhsulları;
- Bazar üzrə biliklər: Bank qanunvericiliyi, bazar tendensiyaları.
Müraciət üçün LİNKƏ daxil olun.