"ITech Group" şirkəti korporativ satış üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblər:
- İT sahəsində biliklər mütləqdir
- Dil bilikləri: Azərbaycan və Rus dilləri - sərbəst, İngilis dili - orta
- MS Office proqramları ilə işləmək bacarığı
- 1C proqramı üstünlükdür
- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi
- Komandada işləmək, tapşırıqları vermək, məsuliyyət sahələrini idarə etmək bacarığı
- Səriştəli şifahi və yazılı nitq, işgüzar yazışmalar aparmaq, kommersiya təklifləri vermək, telefon etiket qaydalarına riayət etmək
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması
- Müştəri barədə məlumatları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayıb və müştəri bazasına qeyd edilməsi;
- Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştərilər ilə və tərəfdaş şirkətlərin işçiləri ilə müntəzəm görüşlər aparmaq, təqdimatlar keçirmək, etirazlarla işləmək.
- Kommersiya təkliflərinin hazırlanması
- Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi
- Fərdi və kollektiv satış planının yerinə yetirilməsi
- Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması
- Maliyyə hesabatları, xidmətlər üçün ödənişlərə nəzarət, layihələr üçün sənəd dövriyyəsi
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Tərəfdaşlarımızın məhsulları və həlləri üzrə təlim və sertifikatlaşdırma
- Satış və xidmətin yüksək səviyyədə təmin edilməsi
İş şəraiti:
- Ölkənin qabaqçıl və aktiv inkişaf edən İT Şirkəti sayılan iTech Group şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Qanunvericiliyə uyğun sənədləşdirmə
- Ə/h 800 - 1500 AZN + bonus
- Davamlı karyera inkişafı
Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ satış üzrə mütəxəssis" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
E-poçt: [email protected]