"Sinteks Group of Companies" şirkəti biznesin inkişafı üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu tərəfdaşlarla ilkin ünsiyyəti qurmaq, kommersiya şərtlərini müzakirə etmək və müqavilələrin tamamlanmasına kimi olan bütün prosesləri icra etməkdir.
Vəzifə öhdəlikləri:
- Verilən qrafik və prioritet əsasında layihələri planlaşdırır, tərəfdaşlarla ilkin ünsiyyət qurur və bu prosesi koordinasiya edir.
- Yeni imkanların təhlil edir, layihələrə dair iqtisadi və bazar araşdırmasını aparır.
- Şirkətin mövcud biznesinin dəstək olunması və effektiv işgüzar ünsiyyəti saxlanılmasını təmin edir.
Təhsil:
- İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə ali təhsil
Təcrübə:
- Şirkətin biznesinin inkişafında, xüsusilə şirkətin biznes portfelinin genişlənməsində, şirkətin xidmət və ya məhsul bazarının payının artırılmasında, yeni satış kanallarının yaradılmasında, şirkətin biznes fəaliyyətinin diversifikasiyasında, yeni biznes bölmələrinin yaradılmasında, biznes-layihə rəhbərliyində ən azı 1 il təcrübəsi.
Professional biliklər:
- Bazar araşdırması
- Maliyyə proqnozları
- Müqavilə şərtləri
- Layihənin idarə olunması
- Biznesin idarə edilməsi
- İngilis dili yüksək səviyyədə
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- Biznes ünsiyyət
- Danışıq bacarıqları
- Zamanın idarə edilməsi
- Tədqiqat bacarıqları
- Analitik düşüncə
- Nəticə yönümlülük
- Proaktiv düşüncə
- Problem həll etmə
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
E-poçt: [email protected]