StudyLab Təhsil və İnkişaf Mərkəzi akademik işlər üzrə şöbənin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Namizəddən tələblər:
- B2 səviyyədə ingilis dili biliyi mütləqdir.
- Təhsil idarəetməsi (Özəl kurs) sahəsində menecer vəzifəsində 1-3 il iş təcrübəsi mütləqdir.
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək).
- Excel proqramında sərbəst işləyə bilmək.
Vəzifə öhdəlikləri:
- Tələbələrin beynəlxalq imtahanlara qeydiyyatının aparılmasını həyata keçirmək. (SAT, IELTS, TOEFL, Cambridge, TYS, YÖS və s). Qeyd: Bu bənd zəruridir və bunun üçün B2 səviyyədə ingilis dili biliyi tələb olunur.
- Təhsil mərkəzində daxili sınaq imtahanlarının təşkilini həyata keçirmək.
- Tələbələrin təhsil haqda hesabatlarını həftəlik valideynlərə təqdim etmək.
- Mərkəzə daxil olan müraciətlərin cavablandırılması, qeydiyyata alınması və müvafiq sistemə daxil edilməsi.
- Tələbələrin dərs cədvəllərinin tərtib olunması və müəllimlərlə koordinasiyası.
- Şöbə rəhbərinə gündəlik, həftəlik və aylıq hesabatları təqdim etmək.
İş haqda məlumat:
- İş qrafiki: 6 gün
- 5 gün saat 10:00-19:00 (Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə, Bazar günü).
- Şənbə- saat 10:00 -16:00-a qədər qısa iş günü.
- İstirahət günü -Cümə axşamı
- Qeyd: Bazar günləri mərkəzdə sınaq imtahanları təşkil olunduğuna görə qeyd olunan vəzifədə istirahət gününün yeri dəyişdirilərək Cümə axşamına təyin olunub. (Seçilmiş namizədlə fərqli gün razılaşdırıla bilər).
- Əmək haqqı: 600 AZN.
- İldə bir dəfə performans dəyərləndirilməsinə uyğun olaraq artan əmək haqqı sistemi.
- Mütəxəssis vəzifəsindən başlayaraq Baş Mütəxəssis, Aparıcı Mütəxəssis, Menecer vəzifələrinə qədər yüksəlmək imkanı.
- Rəsmi əmək müqaviləsi ilə iş.
- Ünvan- City Point biznes mərkəzi Cəlil Məmmədquluzadə 102 A. (“StudyLab” təhsil mərkəzi).
Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada elektron ünvanına “Akademik İşlər Üzrə Şöbənin Mütəxəssisi” başlığı ilə göndərə bilərlər.
Son müraciət tarixi-30 Aprel 2024
E-poçt: [email protected]