"General Supply LLC" şirkəti korporativ satış üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Əsas vəzifə və öhdəliklər:
- Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
- Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
- Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
- Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
- Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
- Satınalınacaq məhsulların qiymətlərinin formalaşdırılması;
- Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Müştəri sorğuları əsasında kommersiya təklifinin hazırlanması;
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi;
- Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
- Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadiyyat, marketinq, kommeriya istiqamətləri üzrə)
- Korporativ satış sahəsində 2 illik iş təcrübəsi (inşaat materialları, əl alətləri, fərdi mühafizə vasitələrinin və ya bənzər məhsulların satışı sahəsində)
- Azərbaycan, Rus və ya İngilis dillərini bilmək;
- MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə qarşı xoş rəftar
- Təqdimat edə bilmə və inandırmaq bacarığı
Təminatlar:
- Korporativ nömrə
- Tibbi siğorta
- Biznes görüşlərdə iştirak etmək üçün nəqliyyat xidməti
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Korporativ satış üzrə mütəxəssis yazmaqla elektron ünvanına göndərə bilərlər.
E-poçt: [email protected]