Bona Dea Beynəlxalq Hospitalı xarici əlaqələr üzrə mütəxəssis (İngilis dilini bilən) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İş barədə məlumat:
- Beynəlxalq xəstə axınının təmin olunmasına dəstək göstərilməsi.
- Müraciət edən xəstələrlə əlaqə saxlayaraq tələb etdikləri müalicələrlə bağlı yazılı və şifahi məlumatlandırmanın təmin olunması.
- Əməliyyat zamanı və əməliyyatdan sonra xəstələrlə maraqlanıb onların təqib olunması. Xəstə ödənişləri, korporativ ödənişlər kimi xəstəyə aid maliyyə proseslərinin təqib olunması.
- Cavabdeh olduğu xəstələrin xəstəxana və oteldə yerləşdirilməsi zamanı onlarla maraqlanması və ya şifahi tərcümə ilə bağlı dəstək göstərilməsi.
Tələblər:
- Sağlamlıq Turizmi sektorunda fəaliyyət göstərən LIV Bona Dea Hospitalda işləyəcək aşağıdakı xüsusiyyətlərə malik Sağlamlıq Turizmi üzrə komanda yoldaşlarına ehtiyacımız var.
- Müvafiq sahə üzrə Ali təhsili olması.
- Azərbaycan, İngilis dilində səlis danışmaq və yazmaq,
- Təqdimat, təmsil etmə və inandırma bacarıqları inkişaf etmiş, sürətli və çevik iş saatlarına uyğunlaşa biləcək, Microsoft Office proqramlarını bilən.
- Lazımi hallarda müəssisə daxilində tərcümə işləri ilə məşğul olacaq.
- Sosial media, whatsapp, telefon və e-poçt mühitində iş tərəfdaşları, xəstələrlə ünsiyyətdə olacaq
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Stresə davamlı.
Əmək haqqı təcrübəyə əsasən təyin ediləcək.
E-poçt: [email protected]