Uninet MMC quraşdırma və istismar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Funksiya: Quraşdırma və İstismar Şöbəsi
İş qrafiki: Standart
Son müraciət tarixi: 15.04.2024
Vəzifə öhdəlikləri:
- Gündəlik daxil olan sorğulara əsasən təhkim olunmuş ərazilər üzrə abunəçilərlə əlaqə saxlanılması, təqdim olunacaq xidmətlərin dəqiqləşdirilməsi;
- Müqavilədə qeyd olunan avadanlıqların ofisdən əldə edilməsi;
- Qoşulma zamanı istifadə olunan kabel və başqa lazımlı materialların hesablayıb götürülməsi;
- Qurğulardan abunəçinin ünvanına qədər xəttin çəkilməsi və avadanlıqların quraşdırılıb sazlanması;
- Abunəçilərə xidmətlərin ayarlanıb işlək vəziyyətdə təqdim etmək;
- Abunəçiləri müqavilə şərtləri ilə tanış edib imzalı şəkildə təqdim etmək;
- Gündəlik icra olunan servis və qoşulmaların aidiyyatı üzrə qeyd olunması;
- Reklam materiallarının paylanılması;
- Günsonunda görülən işlər barəsində rəhbərliyə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
- Əməyin mühafizəsi qaydalarına, yəni işlərin təhlükəsiz və sağlam şəraitdə görülməsini təmin etmək məqsədi ilə cari qanunvericilikdə və əmək müqaviləsində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirlərə, normalara və standartlara riayət etmək.
Vəzifənin tələbləri:
- Orta təhsil;
- Əlaqəli sahədə 1 il iş təcrübəsi;
- Azərbaycan dili – Sərbəst, Rus dili – Orta;
- Məsuliyyətlilik;
- Keyfiyyətyönümlülük;
- Komanda işi və əməkdaşlıq;
- Müştəriyönümlülük.
Müraciət etmək üçün CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində vəzifənin adının “Quraşdırma və istismar üzrə mütəxəssis” kimi qeyd edilməsi mütləqdir. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlaqə: [email protected]