AQRO–VEST DC MMC stok kontrol mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İşçiyə qoyulan tələblər:
İş təcrübəsi: Pərakənda satış üzrə;
Təhsil: ali təhsil üstünlükdür;
Cinsi: bəy/xanım(Bəy namizədlərə üstünlük verilir);
Yaş: 22/35
Exceldə sərbəst işləyəbilmək bacarığı;
Məsuliyyətlilik, komandada işləmək və analiz etmək bacarığı;
Vəzifə öhdəlikləri:
Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyyacları sifariş halında təqdim etmək və sifarişin təmin olunmasını təşkil etmək;
Təyin olunmuş stok-gündən əlavə verilən insert, endirimli, kompaniyalı sifarişləri birbaşa rəhbəri ilə razılaşdırmaq və tədarükçülərə sifariş vermək;
Ticari mal ehtiyacının optimal səviyyədə saxlamaq;
Tədarükçülərin şirkətin çatdırılma zamanı təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək;
Tədarükçülərin məhsullarının təyinat nöqtəsinə cadvələ əsasən çatdırılıb-çatdırılmadığına nəzarət etmək və yaranan probləmlərin həlli yolunu tapmaq;
Firmaların rutuna əsasən mal bölgüsünü müəyyən olunmuş vaxta qədər bitirmək;
Tədarükçüyə verilmiş sifariş ilə mağazanın qəbul etdiyi malları üzləşdirmək, yaranan fərqləri izləmək və araşdırmaq;
Anbara gündəlik mal giriş-çıxışlarını izləmək;
Firmaların məhsullarının iadəsini nəzarətdə saxlamaq;
Resurslar və mövcud vəziyyətin qarşılaşdırılmasına dair müvafiq hesabatları təyin olunmuş zaman intervalında müvafiq şəxsə (rəhbərinə) təqdim etmə;
Şirkətin mənafeyinə uyğun olmayan qərarlar barədə birbaşa rəhbərini zamanında məlumatlandırmaq;
İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
İş şərtləri:
Stabil iş
Stabil əmək haqqı və əlavə bonus
İş vaxtı: 9.00 – 18.00
Yemək təminatı
İstirahət günləri: Bazar(Şənbə günü qısaldılmış iş rejimi).
Əlaqə: [email protected]