"General Supply" şirkəti logistika üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Əsas vəzifə və öhdəliklər:
- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
- Alternativ və daha optimal daşıma yollarını araşdıraraq;
- Daşınma prosesində tələb olunan gömrük və digər tələb olunan sənədləri hazırlamaq;
- Xarici və daxili əlaqələrin yaradılması, çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması;
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
- Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək;
- Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Gömrük prosedurları, idxal və ixrac gömrük rəsmiləşdirilməsi prosesləri və əməliyyatlarını bilmək;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Punktuallıq və detallara diqqət etmə bacarığı;
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
Təminatlar:
- 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 -18:00;
- Korporativ nömrə;
- Tibbi sığorta;
- Əməkhaqqı: 1500 AZN
Müraciət üçün e-mail: [email protected]