Fins.az xəbər verir ki, "PRİME Accessories Mağazalar Şəbəkəsi" "Aparıcı mühasib" vakansiyası elan edir.
Tələblər:
- oxşar sahədə minimum 2 il iş təcrübəsi;
- riyazi və məntiqi bacarıqlar;
- iqtisadiyyat sahəsində ali təhsil;
- mühasibat uçotu və vergi uçotu ilə bağlı nəzəri və praktiki biliklər;
- yaxşı səviyyədə MS Office (əsasən Excel və Word) bilikləri;
- 1C 8.3 proqramında sərbəst işləyə bilmək bacarığı;
- yaş həddi: 25-40
İş barədə məlumat:
- 1C 8.3 Proqram təminatında əməliyyatların daxil edilməsi;
- Aylıq maliyyə hesabatlarının hazırlanmasına dəstək;
- İnternet bank üzərindən bank əməliyyatlarının həyata keçirilməsi;
- Xaricə köçürmələr üzrə əməliyyatların aparılması və avans ödənişlərin təqibi;
- Vəzifə təlimatına uyğun gələn və rəhbərlik tərəfindən tapşırılmış sair işlər;
İş şəraiti:
- İş rejimi: həftənin 5 günü, 09:00-18:00;
- İstirahət günləri: Şənbə-Bazar
- Mehriban və gənc komanda yoldaşları;
- Teambuilding və korporativlər;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Əmək haqqı namizəddən asılı olaraq 1400-1800 manat aralığında olacaq.
Maraqlanan namizədlərdən CV-lərini “Aparıcı Mühasib” başlığı ilə [email protected] mail adresinə göndərməkləri xahiş olunur.