Azersun Holding Əyləncə mərkəzinin şöbə Müdiri vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Müəssisə: Xəyal Adası MMC
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
-
Əyləncə mərkəzinin iş prinsiplərinə və dinamikasına hakim olmali;
-
Əyləncə mərkəzinin büdcə və xərc hesabatlarını hazırlaya bilməli;
-
Əyləncə mərkəzindəki avadanlıqlar və oyun aparatlarının texniki xüsusiyyətləri və istifadə qaydalarını bilməli;
-
Əyləncə mərkəzinin təqdim etdiyi xidmət və məhsulların satış və marketinqini həyata keçirə bilməli;
-
Liderlik və üstün ünsiyyət bacarıqlarına sahib olmalı;
-
Əməyin mühafizəsi və avadanlıqlardan təhlükəsiz istifadə qaydalarını bilməli, ərazi daxilindəki bütün avadanlıqların müştərilər üçün hər zaman təhlükəsiz olmasını təmin etməli;
-
Microsoft Office proqramlarını bilməli;
-
Azərbaycan dili – əla, Rus dili – yaxşı, İngilis dili - yaxşı səviyyədə bilməlidir.
İş haqqında məlumat:
-
Müştəri məmnuniyyətini təmin etmək məqsədilə əyləncə mərkəzinin səmərəli və standartlara uyğun fəaliyyətinin həyata keçirilməsi;
-
Sağlamlıq və gigiyena ilə bağlı bütün zəruri prosedurların düzgün və vaxtında həyata keçirilməsi;
-
Maliyyə büdcəsi, proqnoz hesabatlarının və tədbirlərlə bağlı xərc hesabatlarının hazırlanması;
-
Bütün sahələrin və avadanlıqların təmiz və hər zaman işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
-
İşçilərin idarə edilməsi, onlarla ünsiyyətin düzgün qurulması və gündəlik vəzifələrini yerinə yetirməyə həvəsləndirilməsi;
-
Mərkəzdə istifadə olunan bütün avadanlıq və materialların vaxtında təmin edilməsi və səmərəli istifadə edilməsinə nəzarət edilməsi;
-
Strateji satış və marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
-
Sektorun tendensiyalarından daim məlumatlı olmaq, rəqib fəaliyyətlərinin analizinin həyata keçirilməsi;
-
Müştəri yönümlü iş və xidmət yanaşmasının tətbiq edilməsi, müştəri rəylərinin və gözləntilərinin qiymətləndirilməsi;
-
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Əyləncə Mərkəzi Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur.