Kontakt Home çağrı mərkəzi operatoru üzrə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Vəzifə öhdəlikləri:
-
Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;
-
Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;
-
Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;
-
Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
-
Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.
Tələblər:
-
Ali təhsil;
-
Səlis Azərbaycan və Rus dili biliyi;
-
Müştərilərlə ünsiyyət qurma bacarığı;
-
Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
-
Məsuliyyətlilik və inkişafa meyillilik;
-
Stresə davamlılıq;
-
Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
-
İş günləri: hər 3 gündən bir istirahət günü;
-
İş saatı: 09:00-17:00/10:00-18:00/11:00-19:00/13:00-21:00(Növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.