Fins.az xəbər verir ki, "Xalq Bank" "Maliyyə monitorinqi şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi" vakansiyası elan edir.
Təsvir:
- Bankın və nəzarətedici orqanın tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
- PL/TMM risklərinin idarə olunması üçün Bankda tətbiq olunacaq proqram təminatı üzrə texniki tapşırıqların icrası, testlərin aparılması;
- CRS/FATCA hesabatlılığı üzrə məlumatların toplanması, emalı və hesabatların təqdim olunması;
- Sorğuların cavablandırılması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.
Tələblər:
- İqtisadiyyat, maliyyə və hüquq üzrə ali magistr təhsili;
- Mükəmməl Azərbaycan dili biliyi (ingilis və rus dilini bilənlərə üstünlük veriləcək)
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları, PL/TMM sahəsinə aid qanunvericik, eləcə də bu sahədə beynəlxalq standartlar üzrə biliklər;
- Müştərilərin bank əməliyyatları ilə bağlı praktiki biliklər;
- CAMS sertifikatı olanlara üstünlük veriləcək;
- Analitik düşünmə, detallara fikir vermə qabiliyyəti, dəqiqlilik, məsuliyyətlilik;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.
Müraciət üçün linkə keçin