Dövlət qurumu "Bərpa departamentinin müdir müavini" vəzifəsinə vakansiya elan edir.
Fins.az vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Bərpa və yenidənqurma işləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmək;
- Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət etmək;
- Tikinti və yenidənqurma işləri üzrə illik və perspektiv planlarının işlənib hazırlanmasında iştirak etmək;
- Obyektlərin tikintisinə texniki nəzarəti, bütün göstəriş və tövsiyələrin vaxtı-vaxtında yerinə yetirilməsini yoxlamaq;
- Layihələndirmə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsini nəzarətdə saxlamaq, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu yoxlamaq;
- Tabeliyində olan digər struktur bölmələrin fəaliyyətini koordinasiya etmək.
Namizədə dair tələblər:
- Sahə üzrə minimum 6 il iş təcrübəsi;
- İnşaat mühəndisliyi ixtisası üzrə tam ali təhsil (bakalavr və magistr).
Əmək şəraiti:
- İş rejimi: 5 gün;
Əməkhaqqı: 2350 AZN (net) və ildə 3 dəfə mükafat.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına ([email protected]) göndərmələri xahiş olunur.