AzerGold CJSC informasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Əsas vəzifə və öhdəliklər:
-
Cəmiyyətdə mövcud olan istifadəçi avadanlıqlarına texniki xidmət göstərmək, və profilaktik tədbirlərin həyata keçirilməsini təmin etmək;
-
Cəmiyyətdə mövcud istifadəçi avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmaq;
-
Korporativ şəbəkə və sistemlərə giriş icazəsi olan istifaçilərini Cəmiyyətdə təsdiq edilmiş qaydalara və İdarə Heyətinin Sədrinin (bundan sonra İHS) göstərişlərinə uyğun istifadə hüquqları ilə təmin edilməsində iştirak etmək;
-
Cəmiyyətdə korporativ şəbəkə və elektron sistemlərdən təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
-
İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək;
-
İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək;
-
Simsiz şəbəkə xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak etmək;
-
Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək;
-
Tədbirlərin keçirilməsi zamanı, zəruri informasiya texnologiyaları xidmətlərinin göstərilməsini təmin etmək;
-
İstifadəçi avadanlıqları üçün zəruri olan təbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək;
-
İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
-
Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
-
Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır. Office proqramları: “Windows” Server ƏS üzrə baza, “client” tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;
-
“MacOs” ƏS üzrə peşəkar biliklər;
-
R“Service desk” proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər;
-
PC, noutbukların təmiri üzrə (“hardware”) biliklər;
-
CCNA, İTİL üzrə nəzəri biliklər arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
-
İT sahəsi üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır.
-
Müvafiq sahədə 1 ilədək iş təcrübəsi.